...

Peru Prezidenti baş nazirin istefasını qəbul etdi

Dünya xəbərləri Materials 9 Mart 2019 06:43 (UTC +04:00)

Bakı. Tural Turan - Trend:

Peru Prezidenti Martin Viskarra baş nazir Sesar Vilyanuevanın istefasını qəbul etdi. Trend-in məlumatına görə, baş nazirin istefası icraedici hakimiyyətin tənqidi ilə bağlıdır.

Xatırladaq ki, bu cür qərar üçün səbəb kimi ölkə Prezidenti Martin Viskarranın hökumətdə qadınların sayını artırmaq niyyəti göstərilirdi.

Qeyd edək ki, hazırda hökumətdə 19 nazirdən 14-ü kişilərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti