...

Meksikada gecə klubuna silahlı hücum: 15 ölü

Dünya xəbərləri Materials 9 Mart 2019 22:30 (UTC +04:00)
Meksikanın Salamanke şəhərində (Quanaxuato ştatı) gecə klubunu silahlı hücum olunub
Meksikada gecə klubuna silahlı hücum: 15 ölü

Trend-i buradan izləyin

Bakı. Trend:

Meksikanın Salamanke şəhərində (Quanaxuato ştatı) gecə klubunu silahlı hücum olunub.

Trend-in məlumatına görə, "La Olaya" klubuna daxil olan bir qrup silahlı şəxs binada olan insanlara atəş açmağa başlayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

Hadisənin şahidlərinin sözlərinə görə, insident zamanı klubda 20-dən artıq insan olub. Yaralananların vəziyyəti barədə məlumat verilmir.

Qeyd edilir ki, silahlı şəxslər hadisə yerindən qaçıblar.

Xəbər lenti

Xəbər lenti