...

Türkiyədə danimarkalı İŞİD terrorçusu saxlanılıb

Dünya xəbərləri Materials 13 Mart 2019 11:58 (UTC +04:00)
Türkiyənin Bursa vilayətində İŞİD terror təşkilatının qadın üzvü saxlanılıb
Türkiyədə danimarkalı İŞİD terrorçusu saxlanılıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Bursa vilayətində İŞİD terror təşkilatının qadın üzvü saxlanılıb.

Trend-in məlumatına görə, saxlanan şəxs Livan əsilli Danimarka vətəndaşıdır.

Onun Türkiyəyə Suriya ərazisindən qeyri-leqal şəkildə keçdiyi məlum olub.

Qeyd olunur ki, həmin şəxs qadınların İŞİD sıralarına cəlb olunmasında fəal iştirak edib.

Bundan başqa, paytaxt Ankarada keçirilmiş əməliyyat nəticəsində İŞİD-in daha 14 üzvü saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti