Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin İzmir şəhərində metropolitenin tikilməkdə olan deposu çöküb.
Trend-in məlumatına görə, dağıntılar altında iki işçi qalıb.
Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb olunub.
Hazırda həmin işçilərin xilas olunması üçün əməliyyat aparılır.
Çökmənin səbəbləri ilə bağlı araşdırma aparılır.