...

Bottas Avstraliya Qran Prisinin qalibi olub

Dünya xəbərləri Materials 17 Mart 2019 19:57 (UTC +04:00)
"Mersedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas Formula-1 üzrə mövsümün ilk mərhələsi - Avstraliya Qran Prisinin qalibi olub
Bottas Avstraliya Qran Prisinin qalibi olub

Bakı. Trend:

"Mersedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas Formula-1 üzrə mövsümün ilk mərhələsi - Avstraliya Qran Prisinin qalibi olub.

Trend-in məlumatına görə, Avstraliya Qran Prisində "Mersedes" komandasının britaniyalı pilotu, beşqat dünya çempionu Lyuis Hemilton ikinci, "Red Bull" komandasının hollandiyalı pilotu Mark Ferstappen isə üçüncü yeri tutublar.

İlk mərhələdən sonra V.Bottas 26 xalla liderdir, ikinci yerdə L.Hemilton (18 xal), üçüncü yerdə isə M.Ferstappen (15 xal) qərarlaşıblar. Konstruktorlar Kubokunda 44 xalla ilk pillədə "Mersedes", ikinci pillədə "Ferrari", üçüncü pillədə isə "Red Bull" komandaları qərarlaşıblar.

Qeyd edək ki, növbəti mərhələ 29-31 mart tarixlərində Bəhreyndə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti