...

Yeni Zelandiyada teraktların bütün qurbanlarının kimliyi müəyyən edilib

Dünya xəbərləri Materials 21 Mart 2019 10:25 (UTC +04:00)
Yeni Zelandiyada martın 15-i baş verən terror aktlarında həlak olan 50 nəfərin hamısının kimliyi müəyyən edilib
Yeni Zelandiyada teraktların bütün qurbanlarının kimliyi müəyyən edilib

Bakı. Trend:

Yeni Zelandiyada martın 15-i baş verən terror aktlarında həlak olan 50 nəfərin hamısının kimliyi müəyyən edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Yeni Zelandiya polisinin rəhbəri Mayk Buş bildirib.

M.Buş bildirib: "Terror aktlarının bütün 50 qrubanının kimliyi müəyyən edilib və onların bütün yaxın qohumları məlumatlandırılıb".

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti