Bakı. Tural Turan - Trend:
Futbol üzrə Rusiya çempionatının 21-ci turunda “Dinamo” Moskvada “Lokomotiv”i qəbul edib. Trend-in məlumatına görə, görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 64-vü dəqiqədə penalti zərbəsindən Anton Mirançuk vurub.
Beləliklə, “Lokomotiv” hesabına 3 xal əlavə edərək, ikinci yerə yüksəlib. “Dinamo” isə 23 xalla 12-ci sırada qərarlaşıb.