...

Rumıniyanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 2 Aprel 2019 04:51 (UTC +04:00)
Rumıniyanın sabiq prezidenti İon İliesku xəstəxanaya yerləşdirilib
Rumıniyanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Rumıniyanın sabiq prezidenti İon İliesku xəstəxanaya yerləşdirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, sabiq prezident bazar ertəsi müayinə üçün "Elias" xəstəxanasına gəlib. Burada həkimlər onun ağır nəfəs almasına diqqət yetiriblər və sabiq prezidenti ürək-damar xəstəlikləri institutuna göndəriblər.

Xəstəxananın nümayəndəsi Silvia Neqoitse bildirib ki, İ.İlieskunun vəziyyəti ağır deyil.

Qeyd edək ki, İon İliesku 3 dəfə Rumıniyanın prezidenti olub - 1989-1992, 1992-1996 və 2000-2004-cü illərdə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti