...

Ukrayna MSK protokolların 100 faizini hesabladı

Dünya xəbərləri Materials 4 Aprel 2019 09:50 (UTC +04:00)
Ukrayna Mərkəzi Seçki Komitəsi prezident seçkilərində protokolların 100 faizini hesablayıb.
Ukrayna MSK protokolların 100 faizini hesabladı

Bakı. Trend:

Ukrayna Mərkəzi Seçki Komitəsi prezident seçkilərində protokolların 100 faizini hesablayıb.

Trend-in məlumatına görə, hesablamaların nəticəsinə əsasən, namizədlərdən heç biri qələbə üçün lazımi sayda səs toplaya bilməyiblər.

İkinci tura seçicilərin 30,24 faiz səsini yığan aktyor Vladimir Zelenski və hazırkı dövlət başçısı Petro Poroşenko (15,95 faiz) qalıblar.

Seçkilərin ikinci turu aprelin 21-nə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti