Bakı. Trend:
Çinin paytaxtı Pekində 3,2 bal gücündə zəlzələ baş verib.
Trend-in Çinin Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 13:25-də qeydə alınan yeraltı təkanların episentri Haydyan rayonu yaxınlığında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.