...

İran ABŞ SQ-ni terror təşkilatı bəyan edib

Dünya xəbərləri Materials 8 Aprel 2019 23:11 (UTC +04:00)
İranın Milli Təhlükəsizlik üzr Ali Şurası ABŞ Silahlı Qüvvələrini öz terror təşkilatları siyahısına daxil edib
İran ABŞ SQ-ni terror təşkilatı bəyan edib

Bakı. Trend:

İranın Milli Təhlükəsizlik üzr Ali Şurası ABŞ Silahlı Qüvvələrini öz terror təşkilatları siyahısına daxil edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə xəbəri "Press TV" telekanalı öz "Twitter" səhifəsində paylaşıb.

Daha əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə prezidenti Həsən Ruhanini ABŞ SQ-ni terror təşkilatları siyahısına əlavə etməyə çağırmışdı.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün bildirib ki, Birləşmiş Ştatlar İranın İslam İnqlabı Keşikçiləri Korpusunu terror təşkilatları siyasına daxil etmək qərarı qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti