...

Hindistanda seçki məntəqəsinin yaxınlığında partlayış törədilib

Dünya xəbərləri Materials 11 Aprel 2019 12:44 (UTC +04:00)
Hindistanın Maharaştra ştatında seçki məntəqəsinin yaxınlığında partlayış baş verib
Hindistanda seçki məntəqəsinin yaxınlığında partlayış törədilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Hindistanın Maharaştra ştatında seçki məntəqəsinin yaxınlığında partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış silahlıların fəaliyyət göstərdiyi bölgədə qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Hazırda polis partlayışla bağlı araşdırma aparır.

Qeyd edək ki, Hindistanda parlament sekçilərinin ilkin mərhələsi başlayıb.

Seçkilərlə əlaqədar bəzi regionlarda təhlükəsizlik tədbirləri gücləndirilir. Tripur ştatında isə Banqladeşlə sərhəd tamamilə bağlanıb.

Bildirilir ki, bu, seçkilərdə təxminən 900 milyon seçici iştirak edəcək ki, dünya tarixində ilk sayılır. Parlament seçkiləri 7 mərhələdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti