...

Tramp KXDR lideri ilə yeni görüş imkanlarını müzakirə edir

Dünya xəbərləri Materials 11 Aprel 2019 21:33 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla yeni görüşlər imkanlarını müzakirə edir.
Tramp KXDR lideri ilə yeni görüş imkanlarını müzakirə edir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla yeni görüş imkanlarını müzakirə edir.

Trend-in məlumatına görə, bunu Tramp Ağ Evdə Cənubi Koreya başçısı Mun Çje İnlə görüşdən öncə bildirib.

"ABŞ KXDR-də humanitar layihələrin həyata keçirilməsi imkanlarının nəzərdən keçirilməsinə qarşı deyil. Biz bəzi humanitar layihələrini indi müzakirə edirik və buna etiraz etmirəm. Fikrimcə buna qarşı etiraz etmək lazım deyil", - deyə ABŞ prezidenti bildirib.

Cənubi Koreya prezidenti, öz növbəsində, ABŞ və KXDR liderləri arasında üçüncü sammitin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti