...

Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı

Dünya xəbərləri Materials 23 Aprel 2019 03:14 (UTC +04:00)
Nigeriyanın Qombe ştatında Pasxa bayramı zamanı polis əməkdaşı avtomobili insanların üzərinə sürüb
Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı

Bakı. Trend:

Nigeriyanın Qombe ştatında Pasxa bayramı zamanı polis əməkdaşı avtomobili insanların üzərinə sürüb.

Trend-in "Agence France-Presse"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Bildirilir ki, ölənlərin və yaralananların əksəriyyəti yeniyetmələrdir.

İlkin məlumata əsasən, polis əməkdaşı avtomobili bələrəkdən insanların üzərinə sürüb. Buna səbəb polis əməkdaşının Pasxa bayramını qeyd edən insanlarla mübahisəsi olub.

Xəbər lenti

Xəbər lenti