Bakı. Trend:
Kandanın baş naziri Castin Trüdo və Yaponiyanın baş naziri Şinzo Abe iki ölkə arasında hərbi əməkdaşlığı müzakirə edəcəklər.
Trend-in məlumatına görə, bu barədə "CBC" telekanalına Yaponiyanın səfiri Kimihiro İşikane bildirib.
Onun sözlərinə görə, Ottava və Tokio müdafiə sahəsində sıx əməkdaşlıq edə, həmçinin Asiya-Sakit Okean regionunda birgə təlimlərin keçirə bilərlər.
Qeyd edək ki, C.Trüdo və Ş.Abe 27-28 aprel tarixlərində Kanadanın paytaxtı Ottavada görüşəcəklər.