...

İspaniyada seçki məntəqəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 28 Aprel 2019 22:52 (UTC +04:00)
İspaniyada keçirilən növbədənkənar parlament seçkilər zamanı bir nəfər ölüb.
İspaniyada seçki məntəqəsində bir nəfər ölüb

Bakı. Trend:

İspaniyada keçirilən növbədənkənar parlament seçkilər zamanı bir nəfər ölüb.

Trend-in məlumatına görə, San Sebastyan şəhərində yerləşən seçki məntəqəsində bir nəfər dünyasını dəyişib. Həmin adam ürək tutması səbəbindən ölüb. Hadisə yerinə gələn həkim xəstəni xilas edə bilməyib.

Xatırladaq ki, bu seçkilər İspaniyada son üç il ərzində keçirilən dördüncü seçkilərdir.

Seçkilərdə sosialistlərin rəqibləri liberal "Vətəndaş partiyası", sol partiya "Podemos", ultra-sağ partiya "Voks" və sağ mərkəzçi "Xalq partiyası"dır.

Qeyd edək ki, seçkilər yerli vaxtla 09:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Nəticələrin mayın 13-də elan olunacağı gözlənilir.

Hazırkı seçkilərdə 350 yerlik Deputatlar Konqresinin (parlamentin aşağı palatasının) yeni tərkibi və 266 yerlik Senatın (parlamentin yuxarı palatası) 208 üzvü müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti