...

İspaniyada parlament seçkilərində sosialist partiyası irəlidədir - bülletenlərin yarısı hesablanıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 29 Aprel 2019 00:57 (UTC +04:00)

İlk xəbər saat 23:51-də yayımlanıb

Bakı. Trend:

İspaniyada növbədənkənar parlament seçkilərində bülletenlerin 50,18%-ı hesablanıb. Ölkə parlamentinin sədri Pedro Sançesin başçılıq etdiyi İspaniya Sosialist İşçi Partiyası (İSİP) 50,18% səslə irəlidədir.

Trend-in məlumatına görə, həmin nəticələrə əsasən partiya Deputatlar Konqresində (parlamentin aşağı palatas) 350 yerin 126-nı tutur.

Mühafizəkar Xalq Partiyasına 66, "Vətəndaş" partiyasının payına 55 yer düşür. Sol koalisiya "Birlikdə edə bilərik" - 42, Voks partiyası - 23 yerə sahib olub. Seçkilərdə seçicilərin 75%-i iştirak edib ki, bu da 2016-cı ilin göstəricilərə əsasən (66,48%) çoxdur.

Qeyd edək ki, seçkilər yerli vaxtla 09:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Nəticələrin mayın 13-də elan olunacağı gözlənilir.

Hazırki seçkilərdə 350 yerlik Deputatlar Konqresinin (parlamentin aşağı palatasının) yeni tərkibi və 266 yerlik Senatın (parlamentin yuxarı palatası) 208 üzvü müəyyənləşəcək. Seçilmiş nümayəndələrin səlahiyyət müddəti dörd ildir.

XXX

23:51

İspaniyada növbədənkənar parlament seçkilərində bülletenlerin 5,4%-i hesablanıb.

Trend-in məlumatına görə, ilkin nəticələrə əsasən, İspaniya Sosialist İşçi Partiyası (İSİP) növbədənkənar parlament seçkilərində 28,75% toplayıb. Bu həmin partiyaya parlamentdə 350 yerin 124-ü tutmağa imkan verir. Beləliklə, proqnozlaşdırdığı kimi, İSİP mandatların mütləq əksəriyyətini ala bilmir (176 mandat).

İlkin məlumatlara görəm, sağ "Xalq partiyası" 18,27% (70 yer), "Vətəndaş partiyası" 11,07% səs (45 yer), sol partiya "Podemos" - 11,64 %, ultra-sağ partiya "Voks" isə 7,99% səs toplayıb.

Qeyd edək ki, seçkilər yerli vaxtla 09:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Nəticələrin mayın 13-də elan olunacağı gözlənilir.

Hazırki seçkilərdə 350 yerlik Deputatlar Konqresinin (parlamentin aşağı palatasının) yeni tərkibi və 266 yerlik Senatın (parlamentin yuxarı palatası) 208 üzvü müəyyənləşəcək. Seçilmiş nümayəndələrin səlahiyyət müddəti dörd ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti