...

Ərdoğan və Tramp Türkiyənin S-400 sistemlərini almasını müzakirə ediblər

Dünya xəbərləri Materials 30 Aprel 2019 01:13 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub
Ərdoğan və Tramp Türkiyənin S-400 sistemlərini almasını müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti administrasiyasından bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin almasını müzakirə ediblər: "Bizim prezident bu gün ABŞ prezidenti Donald Tramp ilə telefonla danışıb, o, S-400 üzrə işçi qrupunun yaradılması ideyasını səsləndirib".

Bunda əlavə, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər və terrorçuluğa qarşı mübarizədə sıx əməkdaşlıq etməkdə razılaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti