Bakı. Trend:
Suriya qoşunlarının artilleriyası mayın 7-də Hələb şəhərindən cənubda və qərbdə (Dəməşqdən 360 km) yerləşən döyüşçülərin mövqelərinə zərbə vurub.
Trend-in məlumatına görə, bu barədə Al Ekhbariya telekanalı xəbər verib.
Məlamuta əsasən, zərbələr Kfar-Xamra və Xalsa şəhərətrafı qəsəbələrə, eləcə də "Raşidin-5" mikrorayonuna endirilib.
Həmin ərazilər döyüşçülərin nəzarəti altındadır. Buradan onlar Suriya ordusu tərəfindən mühafizə olunan şəhər məhəllələri istiqamətində atəş açırlar.