Bakı. Trend:
ABŞ-ın Florida ştatında "Trump International Beach Resort" mehmanxanası yaxınlığında atışma baş verib.
Trend-in "Miami Herald" qəzetinə istinadən veridyi məlumata görə, atışma nəticəsində 1 nəfər həlak olub, azı 1 nəfər isə yaralanıb.
Hadisənin şahidləri 7-8 atəş səsi eşitdiklərini bildirirlər.
İnsidentin təfərrüatları barədə məlumat verilmir.