...

Meksikada təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 14 May 2019 00:30 (UTC +04:00)
Mayın 13-də Meksikanın cənub-şərqində Kintana-Roo şəhərində "Cessna" markalı təyyarə qəzaya uğrayıb
Meksikada təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Mayın 13-də Meksikanın cənub-şərqində Kintana-Roo şəhərində "Cessna" markalı təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, təyyarədə olan iki nəfər dünyasını dəyişib.

Təyyarə, Playa del Karmen şəhərindən Karmen şəhəri istiqamətində uçurdu. Lakin qalxandan az sonra Oton Blanko bələdiyyəsi yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumatlara görə, hadisəyə səbəb uçuş zamanı yaranmış nasazlıq olub.

Kintana-Roo şəhər prokurorluğu araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti