...

Moqadişoda humanitar yardım paylanarkən partlayış oldu

Dünya xəbərləri Materials 14 May 2019 14:54 (UTC +04:00)
Somalinin paytaxtında güclü partlayış baş verib.
Moqadişoda humanitar yardım paylanarkən partlayış oldu

Bakı. Trend:

Somalinin paytaxtında güclü partlayış baş verib.

Trend-in məlumatına görə, Moqadişonun yaşayış məhəllələrindən birində partlayıcı qurğu olan avtomobil partlayıb.

Partlayış nəticəsində xəsarət alanların olduğu bildirilir, lakin dəqiq say qeyd edilmir.

Polis əməkdaşı partlayış zamanı həmin ərazidə humanitar təşkilatın ərzaq yardımı payladığını qeyd edib. Bu səbəbdən xəsarət alanların sayının çox olması istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti