...

ABŞ qırıcısı Yaponiyada quşla toqquşdu

Dünya xəbərləri Materials 15 May 2019 17:47 (UTC +04:00)
Yaponiyanın İvakuni aviabazasında ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı havaya qalxdıqdan qısa müddət sonra quşla toqquşub
ABŞ qırıcısı Yaponiyada quşla toqquşdu

Bakı. Trend:

Yaponiyanın İvakuni aviabazasında ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı havaya qalxdıqdan qısa müddət sonra quşla toqquşub.

Trend-in məlumatına görə, insidentdən dərhal sonra pilotlar uçuşu dayandırıb və bazaya qayıdıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Təyyarəyə azı 2 milyon dollar məbləğində ziyan dəydiyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti