...

Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar: səkkiz nəfər həlak olub

Dünya xəbərləri Materials 16 May 2019 03:10 (UTC +04:00)
Suriyanın Hələb əyalətinin Əl-Nayrab yaşayış məntəqəsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində səkkiz suriyalı, o cümlədən iki uşaq həlak olub.
Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar: səkkiz nəfər həlak olub

Bakı. Trend:

Suriyanın Hələb əyalətinin Əl-Nayrab yaşayış məntəqəsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində səkkiz suriyalı, o cümlədən iki uşaq həlak olub.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərinin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri, general-mayor Viktor Kupçişin bildirib.

Onun sözlərinə görə, atışmalar, həmçinin Latakiya əyalətinin Haddada, Nəxşebba, Ruyeset-İskəndər, Cüb-əz-Zərur və Saraf, Ham əyalətinin Əl-Huaş və Skalbiya, Hələb əyalətinin Tell-Metvazi və Əl-Nayrab yaşayış məntəqələrində qeydə alınıb.

V.Kupçisin deyib: "Hələb əyalətinin Əl-Nayrab yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində səkkiz Suriya vətəndaşı, o cümlədən iki uşaq həlak olub, on dinc sakin xəsarət alıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti