Bakı. Trend:
Kubada minik avtomobili insanların üzərinə sürülüb.
Trend-in "ACN" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub, 20-dən artıq insan isə xəsarət alıb.
Bildirilir ki, xəsarət alanlar xəstəxanalara çatdırılıb, onlardan 4-ü əməliyyat edilib.
"EFE" agentliyi öz növbəsində bildiririr ki, hadisə nəticəsində 30-dan artıq insan xəsarət alıb.