...

"Facebook" üç milyarddan çox saxta hesab silib

Dünya xəbərləri Materials 24 May 2019 03:41 (UTC +04:00)
"Facebook" şirkətinin əməkdaşları 2018-ci ilin oktyabr ayından 2019-cu ilin martınadək sosial şəbəkədə 3 milyarddan çox spam və dezinformasiya yayan saxta hesab silib.
"Facebook" üç milyarddan çox saxta hesab silib

Bakı. Trend:

"Facebook" şirkətinin əməkdaşları 2018-ci ilin oktyabr ayından 2019-cu ilin martınadək sosial şəbəkədə 3 milyarddan çox spam və dezinformasiya yayan saxta hesab silib.

Trend-in məlumatına görə, 2018-ilin oktybar-dekabr dövrü ərzində 1,2 miyard hesab, 2019-cu ilin yanvar-mart dövrü ərzində isə 2,2 milyard hesab ləğv edilib.

Şirkət bildirib: "Biz son 6 ayda "Facebook"da "feyk" hesablarının yaradılması hallarının çoxalmasını gördük".

Qeyd olunur ki, bu hesabların çoxusu qeydiyyatdan bir neçə dəqiqə sonra aşkar olunub - yəni digər istifadəçilərin onları görməsindən öncə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti