...

Braziliyada ötən gün ərzində 42 məhbus ölüb

Dünya xəbərləri Materials 28 May 2019 04:39 (UTC +04:00)
Braziliyanın Amazonas ştatının paytaxtı Manausun 4 həbsxanasında ötən gün ərzində 42 məhbus həlak olub
Braziliyada ötən gün ərzində 42 məhbus ölüb

Bakı. Trend:

Braziliyanın Amazonas ştatının paytaxtı Manausun 4 həbsxanasında ötən gün ərzində 42 məhbus həlak olub.

Trend-in "Globo" portalına istinadən verdiyi məlumata görə, məhbusların hamısı asfiksiyadan (kəskin tənəffüs çatışmazlığının ən ağır forması) ölüblər.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, aprelin 26-sı Manaus şəhərinin həbsxanalarından birində məhbuslar arasında toqquşmalar baş verib. İnsident nəticəsində azı 15 məhbus həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti