...

Argentinada tətil polislə toqquşmaya çevrildi

Dünya xəbərləri Materials 29 May 2019 19:44 (UTC +04:00)
Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən tətil zamanı polislə toqquşmalar qeydə alınıb
Argentinada tətil polislə toqquşmaya çevrildi

Bakı. Trend:

Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən tətil zamanı polislə toqquşmalar qeydə alınıb.

Trend-in məlumatına görə, polis etirazçılara qarşı rezin güllədən istifadə edib.

Hadisələr zamanı bir qadın ayağından yaralanıb.

Qeyd edək ki, Argentinanın bir sıra şəhərlərində hökumətin iqtisadi siyasətinə qarşı həmkarlar təşkilatlarının tətili keçirilir.

Gün ərzində paytaxtda metro, avtobus və qatar reysləri işləməyəcək. Bundan başqa, aviareyslər də dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti