...

Maduro Kolumbiya ilə sərhədi açmaq əmrini verdi

Dünya xəbərləri Materials 8 İyun 2019 10:16 (UTC +04:00)
Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhədlərin açılması barədə göstəriş verib. Trend-in məlumatına görə, bu barədə o, "Twitter" səhifəsində yazıb.
Maduro Kolumbiya ilə sərhədi açmaq əmrini verdi

Bakı. Trend:

Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhədlərin açılması barədə göstəriş verib. Trend-in məlumatına görə, bu barədə o, "Twitter" səhifəsində yazıb.

Bildirilir ki, Taçira ştatında Kolumbiya ilə sərhəd keçidlər bu gündən açılır. Daha sonra Venesuela lideri yazıb: "Biz müstəqilliyimizi və öz müqəddəratını təyin etmək hüququnu qoruyan sülhsevər xalqıq".

Xatırladaq ki, N.Maduro bu ilin fevralında Kolumbiya ilə diplomatik və siyasi əlaqələrin kəsilməsi barədə qərar qəbul edib. Eyni zamanda kolumbiyalı diplomatlara 24 saat ərzində ölkəni tərk etməkl əmri vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti