...

Qazaxıstanda prezident seçkilərində 77,4 faiz seçici səs verib (YENİLƏNİB-3)

Dünya xəbərləri Materials 9 İyun 2019 20:37 (UTC +04:00)
Qazaxıstanda keçirilən prezident seçkilərində yekun seçici fəallığı 77,4 faiz təşkil edib
Qazaxıstanda prezident seçkilərində 77,4 faiz seçici səs verib (YENİLƏNİB-3)

İlk xəbər saat 10:48-də yayılıb

Bakı. Trend:

Qazaxıstanda keçirilən prezident seçkilərində yekun seçici fəallığı 77,4 faiz təşkil edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Ləzzət Süleymen deyib.

Qeyd edək ki, 2015-ci ildə Qazaxıstanda prezident seçkilərində seçici fəallığı 95,22 faiz təşkil etmişdi.

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb və 20:00-da yerkunlaşıb.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

XXX

16:48

Qazaxıstanda yerli vaxtla saat 18:00 (16:00 GMT+4) prezident seçkilərində 72,9 faiz seçici səs verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Baxıt Meldeşov deyib.

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

XXX

15:09

Qazaxıstanda yerli vaxtla saat 16:00 (14:00 GMT+4) prezident seçkilərində 65,9 faiz seçici səs verib.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Ləzzət Süleymen deyib.

Ən çox seçici fəallığı Aktyubinsk vilayətində (79,7 faiz), ən az seçici fəallığı isə Almatıda (45,7 faiz) qeydə alınıb.

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

XXX

10:48

Qazaxıstanda yerli vaxtla saat 10:00 (08:00 GMT+4) prezident seçkilərində 12,8 faiz seçici səs verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Akılbəy İhdanov deyib.

Onun sözlərinə görə, ən çox seçici fəallığı Akmolinsk vilayətində müşahidə edilir: "Burada 20,5 faiz seçici öz səsini artıq verib. Ən az seçici fəallığı Almatıda qeydə alınıb - 4,1 faiz".

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti