...

Mahaçqalada tankerdə partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb

Dünya xəbərləri Materials 16 İyun 2019 11:01 (UTC +04:00)
Mahaçqalada iyunun 11-i tankerdə baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb
Mahaçqalada tankerdə partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb

Bakı. Trend:

Mahaçqalada iyunun 11-i tankerdə baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, daha əvvəl insident nəticəsində 3 nəfərin öldüyü, daha 3 nəfərin isə yaralandığı bildirilirdi.

Qeyd edilir ki, tankerdə 12 nəfər olub: "Onlardan 9-u sahilə təxliyə edilib. Təxliyə edilənlərdən 3 nəfər xəstəxanaya yerləşdirilib. İnsident nəticəsində 4 nəfər həlak olub".

Xəbər lenti

Xəbər lenti