...

Venesuelada avtobus aşıb: 16 nəfər həlak olub

Dünya xəbərləri Materials 17 İyun 2019 07:10 (UTC +04:00)
Venesuelada yol qəzası nəticəsində 16 nəfər həlak olub
Venesuelada avtobus aşıb: 16 nəfər həlak olub

Bakı. Trend:

Venesuelada yol qəzası nəticəsində 16 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Nacional" nəşriyyatı yazıb.

Məlumata əsasən, San Kristobal şəhərindən Marakaybo şəhəri istiqamətində gedən avtobusun şini partlayıb. Nəticədə həmin avtobus yoldan çıxaraq aşıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hadisə yerində aidiyyatı qurumlar iş aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti