...

Havay adalarında təyyarə qəzaya uğradı - 9 ölü

Dünya xəbərləri Materials 22 İyun 2019 12:41 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Havay adalarında ikimühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində təyyarədə olan 9 nəfərin hamısı həlak olub.

Qeyd olunur ki, təyyarə yerə çırpıldıqdan sonra yanğın başlayıb. Qəza yerinin yaxınlığında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti