...

Baltikyanı ölkələrin, Gürcüstan, Polşa və Ukraynanın nümayəndə heyətləri AŞPA-nı tərk edib

Dünya xəbərləri Materials 27 İyun 2019 04:17 (UTC +04:00)
Ukrayna nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasını tərk edib
Baltikyanı ölkələrin, Gürcüstan, Polşa və Ukraynanın nümayəndə heyətləri AŞPA-nı tərk edib

Bakı. Trend:

Ukrayna nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasını tərk edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ukrayna nümayəndə heyətinin üzvlərində biri deyib.

Nümayəndə heyətinin rəhbəri Vladimir Aryev bildirib ki, Ukraynanın gələcəkdə AŞPA-da olması məsələsinə iyulun 21-i keçiriləcək növbədənkənar seçkilər nəticəsində seçilərəck Ali Radanın yeni tərkibi qərar verəcək.

Ukrayna nümayəndə heyətinin üzvü Aleksey Qonçarenko bildirib ki, AŞPA-nın yay sessiyasını Ukrayna ilə yanaşı Estoniya, Latviya, Litva, Gürcüstan nümayəndə heyətləri və Polşa nümayəndə heyətinin bir hissəsi tərk edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti