...

Türkiyə XİN: Liviya Milli Ordusu tərəfindən 6 vətəndaşımız saxlanılıb

Dünya xəbərləri Materials 1 İyul 2019 02:25 (UTC +04:00)
Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu 6 Türkiyə vətəndaşını saxlayıb
Türkiyə XİN: Liviya Milli Ordusu tərəfindən 6 vətəndaşımız saxlanılıb

Bakı. Trend:

Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu 6 Türkiyə vətəndaşını saxlayıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyində bildirilib.

"Altı vətəndaşımız Haftarın qanunsuz birləşmələri tərəfindən saxlanılıb. Bu hərəkətlər quldurluq və piratçılıq aktı kimi qiymətləndirilir. Türkiyə, vətəndaşlarının tezliklə azad edilməsini istəyir".

Bildirilir ki, əks halda general Haftarın qüvvələrinə layiqli cavab veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti