...

Husilər Səudiyyə Ərəbistanının iki hava limanına zərbələr endiriblər

Dünya xəbərləri Materials 5 İyul 2019 02:44 (UTC +04:00)
Yəmənin "Ənsar Allah" hərəkatının üsyançıları (husilər) Səudiyyə Ərəbistanında iki aeroporta hücum edib
Husilər Səudiyyə Ərəbistanının iki hava limanına zərbələr endiriblər

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" hərəkatının üsyançıları (husilər) Səudiyyə Ərəbistanında iki aeroporta hücum edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, zərbələr Abha şəhərində yerləşən beynəlxalq hava limanına endirilib.

"Hava əməliyyatı zamanı Abha aeroportunu vurmaq mümkün olub, aeroportda hava hərəkatı dayandırılıb" - husilərin nümayəndələri bildirib.

"Ənsar Allah" hərəkatının üsyançıları daha bir zərbə pilotsuz uçuş aparatlarlı ilə Cizanə hava limanına endiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti