İndoneziya ərazisini itirir, 15 ildə 30 min hektar - SƏBƏB isə...

Bakı. Trend:
İndoneziya son 15 il ərzində 30 min hektara yaxın ərazisini itirib.
Trend-in məlumatına görə, buna tropik meşələrin qırılması ilə əlaqədar sahil xətlərinin aşınması səbəb olub.
Qeyd olunur ki, ən çox torpaq sahəsi Yava adasının şərqində və Sulavesi adasının şimal-şərqində itirilib.
Meşə sahələrinin təsərrüfat məqsədləri ilə qırılması dəniz sularının sahil xətlərini daha çox basmasına gətirib çıxarır. Qeyd olunan regionlarda suyun ildə dörd metr irəlilədiyi deyilir.