Bakı. Trend:
Burkina Fasonun Milli Assambleyası terrorçu və ekstremist qruplaşmalarla mübarizə üçün ölkənin bəzi vilayətlərində fövqəladə vəziyyət rejiminin müddətini uzadıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejimi Burkina Fasonun 7 regionunun 14 əyalətində iyulun 13-dən 2020-ci ilin 12 yanvar tarixinə qədər qüvvədə olacaq.
Bildirilir ki, bu tədbir təhlükəsizlik təhdidləri ilə mübarizənin gücləndirilməsinə yönəldilib.
Xatırladaq ki, 2018-ci ildekabrın 31-i Burkina Faso prezidenti Mark Kristian Kabore terror təhlükəsinin artması ilə əlaqədar ölkənin şərq və şimal əyalətlərində fövqəladə vəziyyət rejimi tətbiq etmişdi.