...

Qaziantepdə fabrik yanır, xəsarət alan var

Dünya xəbərləri Materials 25 İyul 2019 01:25 (UTC +04:00)
Türkiyənin Qaziantep şəhərində plastik istehsalı üzrə fabrik yanır
Qaziantepdə fabrik yanır, xəsarət alan var

Bakı. Trend:

Türkiyənin Qaziantep şəhərində plastik istehsalı üzrə fabrik yanır.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi üçün 70 yanğınsöndürən və 48 ədəd texnika cəlb edilib.

Yanğın nəticəsində 1 nəfər xəsarət alıb. Ona hadisə yerində tibbi yardım göstərilib.

Yanğını söndürülüməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti