Bakı. Trend:
Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verib.
Trend-in Yaponiya Milli Metereoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar Tiba prefekturasında, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.