Bakı. Trend:
Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev saxlanılıb.
Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, A.Atambayevin vəkili bildirib ki, xüsusi təyinatlılar keçmiş prezidentin evinə yaxınlaşıblar, ərazidən atəş səsləri eşidilib.
A.Atambayevin 300-ə yaxın tərəfdarı onun evinin qarşısında barrikada quraraq xüsusi təyinatlılara mane olmaq istəyib. 10-dan artıq şəxsin yaralandığı bildirilir.
2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.