Bakı. Trend:
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin oğlu Seyitbek Atambayev ifadə vermək üçün Daxili İşlər Nazirliyinə çağırılıb.
Trend-in məlumatına görə, bunu onun vəkili bildirib.
Vəkil S.Atambayevin hansı məsələrlə bağlı sorğu-sual olunduğu barədə məlumatı olmadığını qeyd edib.
Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.