...

"Twitter" dövlət KİV-lərinin reklamını qadağan edəcək

Dünya xəbərləri Materials 20 Avqust 2019 03:23 (UTC +04:00)
"Twitter" internet-korporasiyası dövlət KİV-lərinin reklamını qadağan edəcək
"Twitter" dövlət KİV-lərinin reklamını qadağan edəcək

Bakı. Trend:

"Twitter" internet-korporasiyası dövlət KİV-lərinin reklamını qadağan edəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə internet-korporasiyanın bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Gələcəkdə biz dövlət tərəfindən nəzarətdə saxlanılan mediaşirkətlərdən reklam qəbul etməyəcəyik. Onlar "Twitter"idən istifadə edə biləcəklər, lakin reklam verə bilməyəcəklər. Bu siyasət vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən təşkilatlara və müstəqil ictimai kanallara tətbiq edilməyəcək".

Bildirilir ki, dövlət KİV-lərinin "Twitter" platformasından reklamlarını götürmək üçün 30 günləri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti