...

Pakistanın Baş Konsulluğunda baş verən partlayış nəticəsində üç nəfər yaralanıb

Dünya xəbərləri Materials 26 Avqust 2019 00:23 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın Əfqanıstandakı Cəlalabad şəhərində baş konsulluğun yaxınlığında baş verən partlayışda ən azı üç nəfər, o cümlədən bir polis yaralanıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, konsulluq əməkdaşlarından heç biri xəsarət almayıb:

"Bir hüquq-mühafizə orqanının əməkdaşı və iki ziyarətçinin xəsarət aldığı barədə məlumatlar gəlir".

Bölgədə fəaliyyət göstərən ekstremist qrupların heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti