...

Çində qəza nəticəsində 6 nəfər həlak olub

Dünya xəbərləri Materials 29 Avqust 2019 07:44 (UTC +04:00)
Çinin Helan qəzasında iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində altı nəfər ölüb, daha 14 nəfər yaralanıb
Çində qəza nəticəsində 6 nəfər həlak olub

Bakı. Trend:

Çinin Helan qəzasında iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində altı nəfər ölüb, daha 14 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə informasiya portalı "Tencent" bildirib.

Məlumata əsasən, yol qəzası avqustun 28-də axşam saatlarında baş verib. Polisin bildirdiyinə görə, hər iki fərdi avtomobilin salonlarında "normadan çox sərnişin var imiş".

Bütün xəsarət alanlar ən yaxın xəstəxanaya göndərilib. Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti