...

İranda zəncirvari qəza: 4 nəfər yandı

Dünya xəbərləri Materials 31 Avqust 2019 18:50 (UTC +04:00)
İranın cənub-qərbində yerləşən Fars vilayətində Kazerun-Şiraz yolunda 4 avtomobil toqquşub
İranda zəncirvari qəza: 4 nəfər yandı

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-qərbində yerləşən Fars vilayətində Kazerun-Şiraz yolunda 4 avtomobil toqquşub.

Trend-in məlumatına görə, bunu İranın Fars vilayətinin şimal yol polisi rəisi polkovnik Əbdülhaşim Dehqani polis informasiya agentliyinə açıqlamasında deyib.

Ə.Dehqaninin sözlərinə görə, qəzada 3 yük maşını və bir ədəd “Peugeot 206” markalı avtomobil toqquşub.

Dehqani əlavə edib ki, nəticədə yük maşınlarından birində yanğın baş verib.

Polis rəisi yük maşınında 4 nəfərin yanaraq həlak olduğunu, başqa bir yük maşını sürücüsünün isə yaralandığını deyib.

Hadisəyə səbəb kimi yük maşınlarından birinin qarşı yola çıxması göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti