Bakı. Trend:
Kuril adaları sahillərində 4 bal gücündə zəlzələ baş verib.
Trend-in "İterfaks"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Severo-Kurilsk şəhərindən 84 kilometr cənubda yerləşib.
Zəlzələ yaşayış məntəqələrində hiss edilməyib. Sunami təhlükəsi yoxdur.