...

İran yeni PUA təqdim edib

Dünya xəbərləri Materials 1 Sentyabr 2019 10:16 (UTC +04:00)
İran ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının “Kiyan” adlı yeni pilotsuz uçuş aparatının təqdimatı keçirilib
İran yeni PUA təqdim edib

Bakı. Elnur Bağışov - Trend:

İran ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının “Kiyan” adlı yeni pilotsuz uçuş aparatının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, yeni aparat İranda Hava Hücumundan Müdafiə Günündə təqdim olunub.

Təqdimat mərasimində çıxış edən İran ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Əlirza Səbahifərd bildirib ki, “Kiyan” PUA-nın döyüş və müdafiə funksiyaları var.

Ə.Səbahifərdin sözlərinə görə, bu aparat yüksək sürətlə kəşfiyyat əməliyyatlarını apara və uzun müddətə uçuşlar həyata keçirə bilər.

İran ordusunun rəsmisi əlavə edib ki, PUA İran sərhədlərindən çox uzaq məkanlarda hədəfi vura bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti