...

Kaliforniyada gəmi yandı - 34 ölü

Dünya xəbərləri Materials 2 Sentyabr 2019 17:15 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatı sahillərində gəmidə yanğın baş verib
Kaliforniyada gəmi yandı - 34 ölü

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatı sahillərində gəmidə yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 34 nəfər həlak olub.

Los Anceles şəhərinin sahil-mühafizə xidməti bildirib ki, hadisə yerinə xilasedici briqadalar cəlb edilib. Heyət üzvlərindən bir neçə nəfəri xilas edilib. Gəmidə təxliyə işləri davam edir.

Yanğının səbəbləri barədə hələlik məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti