Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-də Yaponiyaya səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən,Türkiyə lideri ölkənin imperatoru Naruhitonun taxtına çıxması münasibətilə Yaponiyaya səfər edəcək.
İmperatorun taxta çıxması mərasimi 22 oktyabr tarixinə təyin edilib.